Çində kimya zavodunda güclü partlayış baş verib

   Çində kimya zavodunda güclü partlayış baş verib
  15 Yanvar 2023    Oxunub:826
Çinin şimal-şərqində kimya zavodunda güclü partlayış baş verib.
Liaonin əyalətində fövqəladə vəziyyət barədə TASS agentliyi Sina-ya istinadən məlumat yayıb.

Bildirilir ki, partlayışdan sonra zavodda yanğın baş verib. Tezliklə hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib, onlar alovun qarşısını almağa və dağıntıları təmizləməyə başlayıblar.

Fövqəladə hadisənin səbəbləri və qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.
Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti