Vaxtanq Kikabidze vəfat etdi

  Vaxtanq Kikabidze vəfat etdi
  15 Yanvar 2023    Oxunub:1633
Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 84 yaşında Gürcüstanda vəfat edib.
Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb. Telekanal ölümün səbəbini açıqlamayıb.

Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə “Dağlarda görüş” filmindən başlayır.

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın “Mimino” filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti