Nepalda qəzaya uğrayan ATR 72-də sağ qalanlar var

   Nepalda qəzaya uğrayan ATR 72-də sağ qalanlar var
  15 Yanvar 2023    Oxunub:935
Nepalın Pokhara hava limanında ATR 72 təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan bir neçə nəfər tapılıb. 29 nəfərin öldüyünü rəsmən təsdiqləyib. Bu barədə AFP Kaski rayon administrasiyası rəhbərinin köməkçisi Gurudatta Dhakalaya istinadən xəbər verir.
"İndiyə qədər 29 nəfərin cəsədi tapılıb və sağ qalanlardan bəzilərini xəstəxanaya çatdırdıq",- Gurudatta Dhakal bildirib.

Yeti Hava Yollarına məxsus təyyarə bu gün qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub. Bundan əvvəl KİV yerli hakimiyyət orqanlarına istinadən 45 nəfərin öldüyü barədə məlumat yaymışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti