Mirror: Britaniya Ukraynaya Apache helikopterlərini verir
![Mirror: Britaniya Ukraynaya Apache helikopterlərini verir Mirror: Britaniya Ukraynaya Apache helikopterlərini verir](https://azvision.az/photos/2023/01/ah-64-spike-top-1673780432.jpg)
Qəzetin mənbəsinin sözlərinə görə, “Challenger 2” tankları Ukrayna Silahlı Qüvvələrinə göndərildikdən sonra helikopterləri də təhvil veriləcək.Qəzetin həmsöhbəti bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb.
Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya diplomatik və hərbi dəstəyi gücləndirdiyini açıqlayıb.
O, həmçinin 14 “Challenger 2” tankının Kiyevə təhvil verildiyini açıqlayıb.
McDonnell Douglas AH-64 Apache Amerika döyüş helikopteridir. O, eyni vaxtda 16 Hellfire tank əleyhinə mərmi, 76 Hydra raketi və avtomatik topla silahlana bilər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: