“Ermənistanı itirməyə doğru gedirik” – Erməni politoloq

   “Ermənistanı itirməyə doğru gedirik” –    Erməni politoloq
  15 Yanvar 2023    Oxunub:1976
“Qarabağı azad edəndən sonra Azərbaycan əvvəlcə Zəngəzurdan keçən dəhlizi, sonra isə Zəngəzurun özünü ələ keçirəcək. Azərbaycan İrəvana dərhal daxil olmaya bilər, amma bizi böyük Türkiyə əhatə edəcək”. Bu sözləri ermənistanlı politoloq Artur Xaçikyan deyib.
O, “news.am”-a bildirib ki , Ermənistan özünü “Qarabağın indiki vəziyyətində” görəcək, yəni xarici dünya ilə əlaqə yolları türklərin nəzarətində olacaq.

- Niyə hakimiyyət heç nə etmir ki, Ermənistan bu niyyətləri heç olmasa qismən cilovlaya bilsin? Niyə İranla əlaqələri inkişaf etdirmirlər, Qərbin yardımı haqda nağıl danışırlar? Bəs Fransa nə edir? Qoşun gətirəcək? Yaxud heç olmasa Azərbaycana qarşı sanksiyalar tətbiq edəcək? Qarabağın blokadasından bir aydan çox vaxt keçir,- ekspert deyib.
“İran müdaxilə etsə, Qərb Azərbaycanı dəstəkləyəcək” – Erməni politoloq

Xaçikyanın fikrincə, bütün bu bleflərin qarşılığı Ermənistanın itirilməsi olacaq. O, İrəvan ilə Xankəndidəki ermənilərin arasında ciddi fikir ayrılıqlarının olduğunu qeyd edib və Paşinyanın mətbuat konfransını “çox təhlükəli” adlandırıb.

“Biz dövlətçiliyi itirməyə yaxınlaşırıq. Ermənistan hakimiyyəti hesab edir ki, firavan gələcək üçün Qarabağı təslim etmək və Rusiyadan qurtulmaq lazımdır. Qarabağın təhlükəsizliyinin yeganə təminatçısı sülhməramlılardır. Ona görə də qarabağdakılar Ermənistan hakimiyyətinin Rusiyanı günahlandırmasını istəmirlər”, - Xaçikyan əlavə edib.

Samir Quliyev
AzVision.az


Teqlər:   Ermənistan  





Xəbər lenti