Ermənistanda Rusiya əleyhinə aksiya keçirilir

   Ermənistanda Rusiya əleyhinə aksiya keçirilir
  15 Yanvar 2023    Oxunub:894
Ermənistanda polis “Milli Demokratik Qütb” radikal blokunun üzvlərinə Gümrüdəki 102-ci bazanın qarşısında çadır qurmağa icazə verməyib.
Qeyd edək ki, yanvarın 15-də Ermənistanda aksiya iştirakçıları hərbi bazanın qarşısında mitinq keçiriblər. Mitinqin təşkilatçılarının məqsədi Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasını bloklamaqdır. Etirazçılar Rusiya sülhməramlılarından Laçın dəhlizinin açılmasına nail olmağı tələb edirlər.

Onlar hazırda polisin önündə düzüldüyü əsas girişdən çox da uzaq olmayan ərazidə məskunlaşıblar. Etirazçılar bildiriblər ki, hərbi baza bloklanmalıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti