Türkiyə Rusiya və Ukraynaya humanitar dəhliz üçün öz ərazisini təklif edir

   Türkiyə Rusiya və Ukraynaya humanitar dəhliz üçün öz ərazisini təklif edir
  15 Yanvar 2023    Oxunub:785
Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets bildirib ki, Türkiyə yaralıların və mülki şəxslərin geri qaytarılması üçün Rusiya və Ukrayna arasında humanitar dəhliz yaratmaq məqsədi ilə öz ərazisindən istifadə etməyi təklif edir.
Onun sözlərinə görə, Türkiyə vasitəçi olaraq mülki şəxsləri və yaralı əsgərləri Rusiyadan təhvil alaraq öz ərazisində qəbul etmək, sonra isə Ukraynaya vermək istəyir.

Bununla yanaşı, Lubinets qeyd edib ki, bu, yalnız tərəflərin müzakirəsini davam etdirdiyi təklifdir.

Yanvarın 11 və12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova Lubinets ilə bir sıra görüşlər keçirib,eləcə də türkiyəli həmkarı Şeref Malkoçun iştirakı ilə üçtərəfli görüş baş tutub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti