"Cənab Putinlə əvvəlki kimi münasibətlərimizi davam etdirdik" - Ərdoğan

   "Cənab Putinlə əvvəlki kimi münasibətlərimizi davam etdirdik" -    Ərdoğan
  15 Yanvar 2023    Oxunub:789
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hamı Rusiyaya “hücum” etsə də, Türkiyə Rusiya lideri Vladimir Putinlə münasibətləri qoruyub saxlayıb. Bu barədə TASS yazır.
Onun sözlərinə görə, Ankara Moskvaya qarşı siyasət aparmayıb.

“Əksinə, biz cənab Putinlə əvvəlki kimi münasibətlərimizi davam etdirdik”, - deyə Ərdoğan bildirib. O, Rusiya prezidentinin ehtiyacı olan ölkələrə pulsuz ərzaq göndərilməsi təklifini xatırladıb.

Bundan əvvəl Ərdoğan dünya liderlərinin Putinə qarşı yanlış münasibətindən danışıb. Türkiyə prezidentinin sözlərinə görə, Rusiya prezidenti “ona təzyiq ediləndə geri addım atacaq” siyasətçi deyil.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti