Ərdoğan İsveç və Finlandiyanın Türkiyənin şərtlərini yerinə yetirmədiyini bildirib
“Biz İsveç və Finlandiyaya dedik: NATO-ya üzvlüyünüzü təsdiqləmək üçün bizə 130-a yaxın terrorçunu ekstradisiya etməlisiniz. Təəssüf ki, bu həyata keçirilmədi”, - deyə o bildirib.
Ərdoğan əlavə edib ki, Stokholm Türkiyədə həbs cəzası almış jurnalist Bülənt Keneşi ekstradisiya etməkdən imtina edib.
Türkiyə İsveç və Finlandiyanı terrorçularla əməkdaşlıqda ittiham edərək, müqaviləni ratifikasiya etməkdən imtina edir. 2022-ci ilin iyununda hər iki ölkə NATO-ya daxil olmaq üçün yerinə yetirməli olduğu şərtləri özündə əks etdirən memorandum imzalayıb. Xüsusilə Stokholm və Helsinki PKK və onun strukturlarına qarşı mübarizədə Ankara ilə tam əməkdaşlığa razılaşıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


