Kabulda keçmiş qadın deputat öldürüldü

   Kabulda keçmiş qadın deputat öldürüldü
  16 Yanvar 2023    Oxunub:935
Əfqanıstanın paytaxtı Kabul şəhərində keçmiş deputat Mürsəl xanım Nəbizadə və qardaşı naməlum şəxslər tərəfindən güllələnib.
Keçmiş deputat aldığı güllə yaralarından hadisə yerində keçinib, qardaşı isə ağır yaralanıb. Hadisənin səbəbi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır. Hələ ki qətlin məsuliyyətinin heç bir təşkilat və ya qruplaşma üzərinə götürməyib.

Xatırladaq ki, “Taliban” qruplaşması 2020-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra dövlətin bütün seçkili orqanları, o cümlədən parlament fəaliyyətini dayandırıb.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti