"Apple" ilk sensor ekranlı noutbuk hazırlayır

   "Apple" ilk sensor ekranlı noutbuk hazırlayır
  16 Yanvar 2023    Oxunub:655
Apple şirkəti sensor ekranlı ilk noutbukunu 2025-ci ildə satışa çıxaracaq.
Bu barədə Bloomberg-in müxbiri Mark Qurman məlumat verib. Söhbət MacBook Pro-nun yeni versiyasından gedir. Ehtimal olunur ki, ekrandakı toxunma təbəqəsi istisna olmaqla, zahiri cəhətdən o, sələflərindən köklü şəkildə fərqlənməyəcək. Apple mühəndisləri həmçinin, hələlik yalnız siçan və klaviatura ilə işləmək üçün nəzərdə tutulmuş macOS əməliyyat sistemini uyğunlaşdırmalı olacaqlar.

Qurman qeyd edir ki, keçmiş və indiki rəhbərlik toxunma ekranlı noutbuklar ideyasına fəal şəkildə müqavimət göstərir. Belə ki, Apple şirkətinin həmtəsisçisi Stiv Cobs bir dəfə sensor ekranın kompüterə inteqrasiyası ideyasını “erqonomika baxımından dəhşətlidir” adlandırmışdı.

Şirkətin hazırkı rəhbəri Tim Kuka gəlincə, 2012-ci ildə o, Microsoft-un planşet və noutbukları keçmək layihələrinin "tosteri soyuducu ilə birləşdirməyə" bənzədiyini bildirmişdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti