Pekin Moskva ilə Kiyevi barışdırmağa kömək edəcək
![Pekin Moskva ilə Kiyevi barışdırmağa kömək edəcək Pekin Moskva ilə Kiyevi barışdırmağa kömək edəcək](https://azvision.az/photos/2023/01/RI4ed25-1673856504.jpg)
Onun sözlərinə görə, Pekin Ukraynadakı böhranın əsas səbəblərini və nəticələrini aradan qaldırmağa kömək edəcək layihələr üzərində işləyir, həmçinin baş verənləri müstəqil qiymətləndirir. Beləliklə, diplomatın qeyd etdiyi kimi, Çin “qlobal sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir”. Fen vurğulayıb ki, ölkəsi dinc inkişaf yoluna sadiq qalmağa davam edir və bu prinsipə əsaslanaraq, dünyada müvafiq siyasət yürüdür.
O, Çinin vəziyyəti dəyişmək üçün hərbi gücə əl atmaq niyyətində olduğuna dair səsləndirilən fikirləri şayiə adlandırıb.
"Bu, Çinə qarşı qara niyyətlərə söykənən böhtandır. Bəşəriyyət yalnız sülh yolu seçdikdə, dövlətlər arasında münasibətlərdə harmoniyanı müşahidə etdikdə davamlı inkişafa arxalana bilər".
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: