Rusiya və İran qızıl üzərində ümumi kriptovalyuta yaratmağı planlaşdırır

   Rusiya və İran qızıl üzərində  ümumi kriptovalyuta yaratmağı planlaşdırır
  16 Yanvar 2023    Oxunub:1105
İran və Rusiya dollar, rubl və rial əvəzinə xarici ticarət hesablaşmalarında işləyəcək Fars regionunun tokenini yaratmağı planlaşdırır.
Bu barədə AzVision.az Vedomosti ”yə istinadən xəbər verir. Rusiya Kriptoindustriya və Blockchain Assosiasiyasının icraçı direktoru Aleksandr Brajnikovun sözlərinə görə, token qızılla dəstəklənəcək, yəni o, öz növündə stabilkoin olacaq.

Eyni zamanda, Rusiya Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin üzvü Anton Tkaçev bildirib ki, Rusiya kriptovalyutaları tam tənzimlədiyi zaman bu məsələ dövlət səviyyəsində aktiv şəkildə müzakirə olunacaq. Nəşrin məlumatına görə, tokenin yaradılması barədə məlumat artıq Rusiya Federasiyasının Dövlət Dumasında təsdiqlənib.

Bundan başqa İran Mərkəzi Bankı da tokenin yaradılması imkanını nəzərdən keçirir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti