Rusiya və Ukrayna arasındakı humanitar dəhlizin mərkəzi İstanbul ola bilər

 Rusiya və Ukrayna arasındakı  humanitar dəhlizin mərkəzi İstanbul  ola bilər
  16 Yanvar 2023    Oxunub:866
Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib ki, ölkəsi Rusiya və Ukrayna arasında humanitar dəhlizlərin yaradılması təşəbbüsünün həyata keçirilməsi üçün mərkəz kimi İstanbulun seçilməsini təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, Moskva və Kiyev artıq bir-birlərinə mübadilə etmək istədikləri hərbçilərin və mülki şəxslərin adları olan siyahılar veriblər.

" Ukrayna 800, Rusiya 200 yaralı hərbçinin siyahısını təqdim edib. Ankarada nümayəndələr arasında aparılan danışıqlar zamanı faktiki olaraq hazırlıq işlərinə başlanılıb ".

Ombudsman qeyd edib ki, Türkiyə tərəfi nə qədər adamın iştirak etdiyini, onların arasında generalların olub-olmadığını bilmir.

Türkiyə təmsilçisi qeyd edib ki, asan olmasa da, hər bir məqamı müzakirə etməyə başlamaq çox vacib idi.“ Biz İstanbulda dəhliz açmağı təklif etmişik, lakin bunun hava, quru və ya dəniz yolu ilə olacağı hələ bəlli deyil. Biz yalnız yolun başlanğıcındayıq ”, - Malkoç bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti