BMT-nin Baş katibindən qlobal istiləşmə ilə bağlı xəbərdarlıq

  BMT-nin Baş katibindən    qlobal istiləşmə ilə bağlı xəbərdarlıq
  16 Yanvar 2023    Oxunub:963
"Əsrin sonuna qədər qlobal istiləşmə 2,8 dərəcəyə çata bilər. Bunun nəticələri dağıdıcı olacaq".
Bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib. Onun sözlərinə görə, istiləşmə nəticəsində planetin bir neçə regionu yaşayış üçün yararsız olacaq. O, qeyd edib ki, fəlakətin qarşısını almağa imkan verən yeganə yol bərpaolunan mənbələrdən alınan enerjidir.

"Bu enerji elektrikə qlobal tələbatın yalnız 30 faizini təmin edir. Növbəti yeddi ildə bu göstəricini ikiqat artırmaq, əsrin ortalarına qədər 90 faizə çatdırmaq lazımdır".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti