Almaniyanın müdafiə naziri istefa verdi

   Almaniyanın müdafiə naziri istefa verdi
  16 Yanvar 2023    Oxunub:752
Almaniyanın müdafiə naziri Kristin Lambrext istefa verib.
Bu barədə AzVision.az Almaniya mətbuatına istinadən xəbər verir. O, rəsmi olaraq kansler Olaf Şoltsdan onu vəzifəsindən azad etməyi xahiş edib.

Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə mümkün namizədlər arasında Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Zimtye Möller, Almaniyanın əmək və sosial məsələlər naziri Hubertus Hayl, Bundestaqın hərbi personal üzrə komissarı Eva Höql, Federal kanslerin departament rəhbəri Volfqanq Şmidt, SPD-nin həmsədri Lars Klinqbeyl var.

“Bild am Sonntag” qəzeti iddiaçılar arasında Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Strak-Zimmermanın da adını çəkir, lakin o, Azad Demokratlar Partiyasının nümayəndəsidir, ona görə də onun təyin olunması ehtimalı azdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti