Avropa Ukraynaya 18 milyard avro verəcək: Memorandum imzalandı

  Avropa Ukraynaya 18 milyard avro verəcək:    Memorandum imzalandı
  16 Yanvar 2023    Oxunub:847
Ukrayna və Avropa İttifaqı bu gün, yanvarın 16-da 2023-cü ildə 18 milyard avroluq makromaliyyə yardımının ayrılmasına dair memorandum imzalayıb. İlk tranşın bu həftə verilməsi gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal tviterdə yazıb. Onun sözlərinə görə, Ukrayna bu həftə 3 milyard avro məbləğində birinci tranşı alacağını gözləyir.

"Ukrayna və Aİ bu günlərdə 18 milyard avroluq makromaliyyə yardımının verilməsinə dair Anlaşma Memorandumu imzalayıblar. Bu həftə 3 milyard avro tranş alacağımızı gözləyirik", - o yazıb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti