Müharibələrdə yeni mərhələ: Robotlar döyüşəcək

   Müharibələrdə yeni mərhələ:    Robotlar döyüşəcək
  16 Yanvar 2023    Oxunub:1243
Amerikalılar "qatil hərbi robotun" ilk modelini çöl sınaqları üçün Ukraynaya göndərə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Nəşr Süni İntellektin İnkişafı Assosiasiyasının (AAAI) keçirdiyi suni intelekt konfransına istinad edib.

"Süni intellekt döyüş meydanında daha az səhv etməli və daha effektli olmalıdır. Lakin onu sahədə sınaqdan keçirmək lazımdır, bunu Pentaqonun podratçıları tələb edir", sayt əlavə edib.

"Google"un keçmiş baş direktoru Erik Şmidtin rəhbərlik etdiyi tədqiqat qrupu prototipin hərbi əməliyyatlarda sınaqdan keçirilməli olduğu tezisini irəli sürüb. Konqres süni intellekt (AI) tədqiqatları üçün illik 32 milyard dollar federal büdcə tələb edib.

Çox güman ki, vizual olaraq robot bir insana bənzəməyəcək, döyüş meydanında daha çox silahları və güclü özünüməhvetmə vasitələri olan (rus hərbçilərinin əlinə keçməməsi üçün) tırtıl, gəzinti və ya təkərli döyüş platforması görünəcək.

Gələcəyin müharibələrinin aparılmasında yeni mərhələ

Associated Press (AP) də mövzu ilə bağlı diqqətçəkən məqalə dərc edib. Nəşr yazır ki, Ukrayna münaqişəsi nə qədər uzun sürərsə, insan yardımı olmadan hədəfləri müəyyən etmək, seçmək və onlara hücum etmək üçün pilotsuz təyyarələrin istifadə olunma ehtimalı bir o qədər yüksəkdir. Bu hadisə gələcək müharibələrin aparılmasında yeni mərhələ olacaq.

İndiyə qədər döyüşlərdə insan amili olmadan düşməni məhv edəcək robotlardan istifadə edilməyib. "Ukrayna münaqişəsi, hər halda, birbaşa toqquşmaların aparılması strategiyası və taktikasında irəliyə doğru bir addım oldu. Gələcəyin döyüşləri bundan mənəvi ilhamlanacaqmı? Ritorik sualdır”, - müəlliflər deyir.

Jurnalistlər məqalələrində qeyd ediblər ki, 2022-ci ildə San-Fransisko şəhərinin rəhbərliyi polisə hətta cinayətkarları öldürə bilmək qabiliyyətinə malik, uzaqdan idarə olunan robotlar verib.

Yəni, normal insan reaksiyası (təhdidi görüb, onun təhlükə dərəcəsini müəyyənləşdirib, düyməyə basmaq) əvəzinə öyrədilmiş süni intellekt hədəfi dərhal məhv edəcək.

Süni intelektin əleyhdarları bildirirlər ki, döyüş meydanında hücumların mütənasibliyini qiymətləndirmək və müharibə cinayətlərinə görə günahı təyin etmək üçün bir şəxs lazımdır. Buna baxmayaraq, bəzi ölkələr - o cümlədən Rusiya - geosiyasi sahədə belə qənaətə gəlirlər ki, döyüş meydanında insanın mövcudluğunu minimuma endirmək lazımdır, robot texnikasının indiki vəziyyəti buna imkan verir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti