İrlandiya Kiyevə xüsusi təyinatlı dəstə göndərəcək

   İrlandiya Kiyevə xüsusi təyinatlı dəstə göndərəcək
  17 Yanvar 2023    Oxunub:1105
İrlandiya Kiyevə İrlandiya Müdafiə Qüvvələrinin xüsusi təyinatlıları olan Ordu Reyncerləri qrupunu göndərməyi planlaşdırır.
Bu barədə “The Irish Times” məlumat yayıb. Qəzetin yazdığına görə, xüsusi təyinatlılar 2022-ci ilin avqustunda yenidən açılan İrlandiya səfirliyinin təhlükəsizliyini və səfir Tereza Hilinin şəxsi mühafizəsini təmin edəcək.

Qeyd olunub ki, həbçilərin göndərilməsi məsələsi 2022-ci ildə qaldırılsa da, İrlandiyada Ordu Reyncerləri qrupun ölkədən kənarda yerləşdirilməsinə icazə verən qanunvericilyə düzəlişlər edilməyib. Çünki, 2006-cı ildə qəbul edilmiş qanuna əsasən İrlandiya hərbi qulluqçuları müxtəlif səbəblərə görə xaricə göndərilə bilər. Amma burada səfirlik işçilərinin müdafiəsi və mühafizəsi haqqında açıq-aşkar qeyd yoxdur.

Qanunvericilik bazasının olmamasına baxmayaraq, 2021-ci ildə Ordu Reyncerləri qrupu Kabil Hava Limanında İrlandiya vətəndaşlarının Əfqanıstandan təxliyəsini təmin edib. 2015-ci ildə qrupun yaxın mühafizə bölmələri keçmiş İrlandiya əsgərini məhkəmədə müdafiə etmək üçün Livana yerləşdirilib və mütəmadi olaraq dünyanın yüksək riskli bölgələrində BMT ofislərini ziyarət edən nazirləri müşayiət edib.

Nəşrin məlumatına görə, xarici işlər və müdafiə naziri Mişel Martin bu məqsədlə qoşunların yerləşdirilməsinə icazə verən qanunvericiliyə düzəlişlər etməyə hazırlaşır, bundan sonra mühafizə dəstəsi dərhal Kiyevə gedəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti