Türkiyə Qarsda 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirir
![Türkiyə Qarsda 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirir Türkiyə Qarsda 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirir](https://azvision.az/photos/2023/01/azerbb-pic4_zoom-1500x1500-15176-1673943558.jpg)
Kosovonun müdafiə naziri Armend Mehai bildirib ki, bu təlimlərin məqsədi müxtəlif ölkələrin qoşunları arasında koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək, bölmələrin döyüş hazırlığını yoxlamaq, ərzaq və geyimlə qarşılıqlı təminat, maddi-texniki təchizat üzrə təlim keçməkdir.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan 2022-ci ildə 12 birgə təlim keçirib. 2022-ci il dekabrın əvvəlində Azərbaycan və Türkiyə hərbçiləri Bakıda və Azərbaycanın üç rayonunda - Astara, Cəbrayıl və İmişlidə birgə təlimlər keçirib.
Təlimlərə hər iki ölkənin müxtəlif qoşun növləri, döyüş və mühəndis texnikası, eləcə də hərbi aviasiyasının şəxsi heyəti cəlb olunub.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: