İran valı dəyişir? - Abdullahiyan Ankara ilə strateji əməkdaşlıqdan danışdı

      İran valı dəyişir?    - Abdullahiyan Ankara ilə strateji əməkdaşlıqdan danışdı
  17 Yanvar 2023    Oxunub:1235
Tehran və Ankara hərtərəfli strateji əməkdaşlıq planını tezliklə həyata keçirmək niyyətindədirlər.
AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib.

İrəvan və Tehran qardaşlaşmış şəhərlər olacaqlar
“Söhbətimizin əsas mövzularından biri də İran və Türkiyə arasında strateji əməkdaşlıq üçün hərtərəfli planın sürətlə həyata keçirilməsinə diqqət yetirilməsi olub”, - Abdullahiyan qeyd edib.

İranlı diplomat həmçinin qeyd edib ki, Türkiyə prezidenti ilə saat yarımlıq söhbət zamanı təhlükəsizlik və terrorla mübarizə sahəsində ikitərəfli əməkdaşlıq, İran prezidenti İbrahim Rəisinin Ankaraya səfərinin planlaşdırılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, son aylar İrandan Azərbaycanın əleyhinə ardıcıl bəyanatlar səsləndirilir, müxtəlif təxribat xarakterli addımlar atılır. Tehrandan həmçinin Türkiyənin bölgədəki rolunun artmasına dair anormal çağırış və fikirlər gəlir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ankara  



Xəbər lenti