İrəvanda atışma olub

İrəvanda atışma olub
  17 Yanvar 2023    Oxunub:925
Ermənistanın paytaxtında atışma olub. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
Qeyd edilir ki, bu gün saat 20:30 radələrində ağır güllə yaraları alan gənc İrəvan Dövlət Tibb Universitetinin xəstəxanasına aparılıb.

Nəşrin məlumatına görə, zərərçəkmiş qarın nahiyəsindən yaralanıb.

"Həkimlər yaralının həyatı üçün mübarizə aparıblar və əməliyyatçılar gəncin şəxsiyyətini müəyyən ediblər. Onun naməlum şəraitdə naməlum şəxs tərəfindən güllələnmiş 28 yaşlı İrəvan sakini A.K. olduğu üzə çıxıb. Hadisə Tumanyan küçəsindəki 27 saylı evin həyətində baş verib. Hadisə yerindən iki giliz və üç güllə tapılıb. Həyətdə dayanmış “Toyota”da da güllə izləri olub", - sayt yazıb. Müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsindən sonra ölkədə silahlı insidentlərin sayı artıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  



Xəbər lenti