ABŞ Putini məsuliyyətə cəlb etmək istəyir

   ABŞ Putini məsuliyyətə cəlb etmək istəyir
  18 Yanvar 2023    Oxunub:934
“ABŞ Rusiya prezidenti Vladimir Putini istənilən hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcək”.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, Vaşinqton Ukraynaya hərbi yardımı davam etdirəcək:

“Ağ Ev bu həftənin sonunda Ukraynaya əlavə yardım elan edə bilər. Biz hərbi yardımları Ukraynanın ehtiyaclarına uyğun olaraq dəyişdirməyə davam edəcəyik. Bunu təmin edə bilməsək, digər müttəfiqlər və tərəfdaşlarla işləyəcəyik”.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti