Ukraynanın DİN rəhbərliyi helikopter qəzasında öldü - YENİLƏNİB

  Ukraynanın DİN rəhbərliyi helikopter qəzasında öldü - YENİLƏNİB
  18 Yanvar 2023    Oxunub:1707
Brovarıda helikopterin qəzaya uğraması nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub.
AzVision.az xəbhər verir ki, bu barədə Ukraynanın Milli Polisin rəhbəri İqor Klimenko məlumat verib. O bilirib ki, hadisə nəticəsində, daxili işlər naziri Denis Monastırski, müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi həlak olublar.

Helikopter qəzasında ümumilikdə ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib. Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

***
Kiyev vilayətinin Brovarı qəsəbəsində uşaq bağçasının ərazisində helikopter qəzaya uğrayıb.

Helikopterin qəzaya uğramasından sonra partlayış, daha sonra güclü yanğın baş verib. Kiyev vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib ki, helikopter qəzaya uğrayan zaman bağçada uşaqlar olub, təxliyə artıq başa çatıb.

UNİAN-ın məlumatına görə, qəza nəticəsində 5 nəfər ölüb və onların arasında uşaqların olması ehtimalı var.

AzVision.az


Teqlər:



Xəbər lenti