Erməni deputatdan separatçılara etiraz: “Axı 70 il Bakıya tabe olmusunuz"

   Erməni deputatdan separatçılara etiraz:    “Axı 70 il Bakıya tabe olmusunuz"
  18 Yanvar 2023    Oxunub:1040
Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatı Akop Aslanyan Qarabağla bağlı diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, “24TV”-nin efirində çıxışı zamanı deyib ki, Ermənistan Qarabağın (Qarabağda yaşayan erməniləri nəzərdə tutur-red.) təhlükəsizliyinin təminatçısı ola bilməz. Çünki bu gün Ermənistanın özünə təhlükəsizlik lazımdır.

"İlk dəfədir ki, rus bazası bizə təhdiddir deyirik" - Erməni deputat
O, xarici işlər naziri Ararat Mirzoyanın Moskvada Rusiya və Azərbaycan XİN rəhbərləri ilə keçirilən görüşə niyə qatılmaması ilə bağlı suala da maraqlı şəkildə cavab verib.

- Onlar danışıqlara gedəndə bir-birinə qarşı loyal və ya dost münasibəti göstərərək getmirlər. Qoy Rusiya tərəfi bizi heç nədə ittiham etməsin. Bir az kobud çıxa bilər, amma deyim ki, nədənsə Rusiya tərəfi bizə qarşı heç vaxt dostluq münasibəti sərgiləməyib. - erməni deputat Moksvadan gileylənib.

Aslanyan Xankədidən gələn "Azərbaycanın bir hissəsi ola bilmərik" kimi sarsaq bəyanatlara münasibət açıqlayıb.

- Qarabağ 70 il Azərbaycanın tərkibində idi, ya yox? Bəs indi belə qışqır-bağır salanlar o zaman harada idilər?

O, hətta bir qədər də qədim dövrdən misal çəkərək iddia edib ki, Xankəndi erməniləri hətta Rusiya imperiyasının tərkibində də yaşaya biliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xankəndi   Deputat  



Xəbər lenti