Ərdoğan: “Türkiyə qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilib”

      Ərdoğan:  “Türkiyə qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilib”
  18 Yanvar 2023    Oxunub:1021
Türkiyə təzyiqlərə və böhranlara baxmayaraq, cümhuriyyətin 100 illiyi ilə bağlı qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə nail ola bilib.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, parlamentin iclasında bildirib ki, 2023-cü ilə qədər ölkə qarşısında duran vəzifələrin əksəriyyətinə nail olunub. Ərdoğan Türkiyəni investisiya, istehsal, ixrac və cari hesab kəsirinə nəzarət əsasında davamlı inkişafın yaxşı nümunəsi adlandırıb.

Onun sözlərinə görə, respublikada məşğulluq səviyyəsi rekord həddə - 31,6 milyon nəfərə çatıb və düşünülmüş dövlət siyasəti aktual problemlərdən birinin - inflyasiyanın həllinə başlanmağa kömək edib.

“Yaxın aylarda vətəndaşlar inflyasiyanın 30%-ə qədər sürətlə azalmasının şahidi olacaqlar. Ankara qlobal sarsıntıları öz nailiyyətləri üçün bazaya çevirməyə qadirdir”.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti