200 milyondan çox işçi yoxsulluq həddinin altında yaşayacaq

   200 milyondan çox işçi yoxsulluq həddinin altında yaşayacaq
  18 Yanvar 2023    Oxunub:1023
Bu ilin sonuna kimi 200 milyondan çox işçi ciddi maliyyə çətinliyi ilə üzləşəcək. 40 saatlıq iş həftəsi ilə onların gündəlik qazancı 1,9 dollardan az olacaq.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının rəhbəri Qilbert Hounqbo bəyan edib. Onun sözlərinə görə, 2023-cü ildə dünyada işsizlərin sayı 3 milyon artaraq 208 milyon nəfərə çatacaq:

“Hesab edirik ki, 2023-cü ildə həftədə 40 saat işləyən 214 milyon müntəzəm işçi hələ də bunun üçün gündə 1,9 dollar qazana bilməyəcək. Belə aşağı əmək haqqına baxmayaraq, belə işçilərin hələ də tam ştatlı işləməkdə davam etməsi çaşqınlıq yaradır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti