NATO şərq cinahında hərbçilərin sayını çoxaldacaq

   NATO şərq cinahında hərbçilərin sayını çoxaldacaq
  18 Yanvar 2023    Oxunub:2123
NATO tezliklə şərq cinahdakı döyüş qruplarını briqada səviyyəsinə qədər genişləndirəcəyini bildirib.
Bunu NATO Baş Katibinin müavini Mirça Coane hərbi komitənin iclası zamanı deyib. “NATO şərq cinahdakı döyüş qruplarını briqada səviyyəsinə qədər sürətlə genişləndirmək üçün irəliləyiş əldə edir. Bu məqsədə ən qısa müddətdə nail olunacaq”- deyə, o bildirib.

Bundan əlavə, Mirça Coane müttəfiqləri həm Ukrayna, həm də öz müdafiəsi üçün avadanlıq və sursat istehsalını artırmağa çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti