BMT-nin baş katibi Ukraynada müharibənin bitmə vaxtını açıqlayıb

   BMT-nin baş katibi Ukraynada müharibənin bitmə vaxtını açıqlayıb
  18 Yanvar 2023    Oxunub:1095
BMT-nin baş katibi Antonio Quterreş Ukraynada müharibənin dayandırılması üçün heç bir şərt görmür. Onun proqnozuna görə, müharibə bitəcək, amma yaxın gələcəkdə yox.
AzVision.az "“The Guardian”a istinadən xəbər veri ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. Baş katib hələlik iki tərəf (Rusiya-Ukrayna-red) arasında ciddi sülh danışıqlarının mümkünlüyünü də gözləmədiyini vurğulayıb.

"Bu müharibə bitəcək. Hamısı bitir. Amma təəssüf ki, yaxın gələcək üçün bu müharibənin sonunu görmürəm. Hazırda iki tərəf arasında sülh danışıqlarının baş tutması şansı görmürəm", - o deyib.

Qeyd edək ki, bir müddət əvvəl BMT-nin baş katibi Antonio Quterreş Ukraynada müharibənin dayandırılmasına kömək etmək niyyətində olduğunu bildirmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti