BMT-nin Baş katibi Ukrayna xalqına başsağlığı verib
Sözçü bildirib ki, Baş katib Ukraynanın paytaxtı Kiyev ətrafındakı Brovarı yaşayış məntəqəsində baş verən helikopter qəzası nəticəsində insan ölümündən dərin kədər hissi keçirir: “Antoniu Quterreş həlak olanların ailələrinə, eləcə də Ukrayna hökumətinə və xalqına başsağlığı verir. Baş katib xəsarət alanların ən qısa zamanda tam sağalmasını diləyir”.
Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. Belə ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin helikopteri yerli uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, nəticədə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 25-i yaralanıb (onlardan 11-i uşaqdır).
Fəlakət sonucunda Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç.
Teqlər: