10-a yaxın yüksək rütbəli zabit Ermənistan ordusundan qovuldu

10-a yaxın yüksək rütbəli zabit Ermənistan ordusundan qovuldu
  19 Yanvar 2023    Oxunub:1630
Xəbər verdiyimiz kimi Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Ermənistanda hərbi hissədə yanğın: 15 hərbçi öldü
Hadisədən sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan ikinci ordu korpusunun komandiri Vahram Qriqoryanı vəzifəsindən azad edib. Müvafiq sərəncam artıq prezidentin saytında yerləşdirilib.

Ermənistan İctimai Televiziyasının məlumatına görə, 2-ci korpus komandiri ilə yanaşı, onun müavinləri polkovnik Mihran Maxsudyan (həm də baş qərargah rəisidir-red.), polkovnik Şiraz Xaçatryan (maddi-texniki təminat üzrə müavin-red.), polkovnik Artur Ohanyan (döyüş növbətçiliyi üzrə müavin-red.) vəzifəsindən kənarlaşdırılacaq.

Həmçinin briqada komandirin müavini polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təminat briqadası komandirinin digər müavini, polkovnik-leytenant Qor Axekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan və mühəndis rotasının komandiri, kapitan Qorqyan da öz postlarını tərk edəcəklər.

Sputnik Ermənistan isə Ermənistan Silahlı Qüvvələrinin yanğın təhlükəsizliyi xidmətinin rəisi, polkovnik Sarqis Mazmanyanın da bu vəzifəni tərk edəcəyi barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yanğın   Əsgər  





Xəbər lenti