![]() |
"Ermənistana ixracı 1 milyard dollara çatdıracağıq" - İran səfiri |
Onun sözlərinə görə, Tehranın mövqeyi həmişə ondan ibarət olub ki, region ölkələrinin, o cümlədən Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət edilməlidir.
Erməni xalqını az qala öz xalqı sayan səfir onu da xüsusi olaraq qeyd edib ki, İrəvanla Tehran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. O, belə inkişafın bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, İran səfiri bu gün Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın müşayiəti ilə Zəngəzurə dedib. O, son zamanlar Zəngəzur bölgəsinə tez-tez səfərlər edərək sərhədlərin dəyişdirilməməsi, müstəqillikdən danışır.
Tural Tağıyev
AzVision.az