Rusiya-Ukrayna müharibəsinə görə Fransa hərbi xərcini artırır
Fransa lideri bəyan edib ki, parlament də təsdiq edərsə, hərbi xərclər 2024-2030-cu illər üçün 400 milyard avroya (433 milyard dollar) yüksələ bilər. Bu rəqəm 2019-2025-ci illər üçün nəzərdə tutulan büdcədən 295 milyard dollar çoxdur. Mont-de-Marsan aviabazasında açıqlamalar verən Makron kiberhücumlara qarşı alınacaq tədbirlərin də artırılacağını açıqlayıb. Büdcə planının mart ayında parlamentə təqdim edilməsi planlaşdırılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


