Eritreya öz qoşunlarını Tiqray əyalətindən çıxarır

Eritreya öz qoşunlarını Tiqray əyalətindən çıxarır
  21 Yanvar 2023    Oxunub:865
Eritreya ordusunun bölmələri son aylarda olduqları Efiopiyanın Tiqray əyalətini tərk edirlər.
AzVision.az xəbər verir ki, bu barədə “BBC” media qrupu şahidlərə istinadən məlumat yayıb. Hazırda Eritreya silahlı qüvvələrinin bölmələri Aksum və Adva şəhərlərini tərk edir. Ordunun hərbi avtomobil və tanklardan ibarət kolonları şimaldan Eritreya sərhədinə doğru irəliləyir.

Eritreya qüvvələrinin Tiqraydan çıxarılması prosesi dekabrın 30-da, Eritreya qoşunlarının Şire şəhərini tərk etməsi ilə başladı. Eritreya qoşunlarının vətənlərinə qayıtması Efiopiya hökuməti ilə Tiqray üsyançıları arasında ötən ilin payızında əldə edilmiş sülh razılaşmasının bir hissəsi kimi baş verib.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti