İsveçdə aksiya: Quranı yandırdılar – CANLI YAYIM

      İsveçdə aksiya:    Quranı yandırdılar –    CANLI YAYIM
  21 Yanvar 2023    Oxunub:7117
Bu gün Stokholmda Türkiyə səfirliyinin qarşısında keçirilən aksiyada sağ-ekstremist siyasətçi Rasmus Paludan Quranı yandıracaq. O, bunun üçün İsveç hökumətindən rəsmi icazə alıb.

İsveçin xarici işlər naziri Tobias Bilstrem bu qərarı ölkədə söz azadlığının olması ilə əlaqələndirib.



Qeyd edək ki, ultrasağ ekstremist Rasmus Paludan əvvəllər də Quranı müxtəlif formalarda təhqir etməklə gündəmə gəlib.



Yada salaq ki, bir həftə əvvəl İsveçdə keçirilən aksiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başıaşağı asılmış maketi yandırılmışdı.

Tariyel Həsənov
AzVision.az



Teqlər: İsveç  





Xəbər lenti