Moldova Türkiyə ilə ticarəti artırmağa çalışır

Moldova Türkiyə ilə ticarəti artırmağa çalışır
  21 Yanvar 2023    Oxunub:1106
Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir
AzVision.az Moldova Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Vladimir Bolea türkiyəli həmkarı Vahit Kirişçiylə görüşündə deyib.

"Əməkdaşlığımız nəticəsində əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Moldovanın kənd təsərrüfatı məhsullarının ixracının həcmini artırmaq imkanları var", - Bolea bildirib.

Nazirin sözlərinə görə, Kişinyov tərəvəz emalı və suvarma sahəsində Türkiyə təcrübəsini mənimsəməyi planlaşdırır. Bundan əlavə, ölkə Türkiyə bazarına heyvandarlıq məhsulları ilə çıxmaq niyyətindədir.

AzVision.az



Teqlər: Moldova   Türkiyə  





Xəbər lenti