Çexiya prezidentliyinə namizədi təhdid ediblər
![Çexiya prezidentliyinə namizədi təhdid ediblər Çexiya prezidentliyinə namizədi təhdid ediblər](https://azvision.az/photos/2023/01/babis-1674323720.jpg)
“Söhbət prezidentliyə namizədi və onun ailə üzvlərini qorxutmaqdan gedir, bu, azad cəmiyyətdə baş verməməlidir”, - Babişin açıqlamasında deyilir.
Polis faktla bağlı araşdırma aparır.
Yanvarın 13-14-də Çexiyada seçkilərin birinci turu keçirilib. NATO Hərbi Komitəsinin keçmiş rəhbəri, ehtiyatda olan ordu generalı Petr Pavel 35,4% səs toplayıb. Babiş 34,99% səslə ikinci yeri tutub. Qalibi müəyyən edəcək seçkilərin ikinci turu yanvarın 27-28-də keçiriləcək.
Qeyd edək ki, Babiş 2017-2021-ci illərdə Çexiyanın Baş naziri olub.
AzVision.az