Kəmaləddin Heydərov gürcü nazirlə görüşüb

Kəmaləddin Heydərov gürcü nazirlə görüşüb
  16 May 2014    Oxunub:1030
Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşüb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində baş tutan görüşdə qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Gürcüstanın daxili işlər naziri bildirib ki, Azərbaycanla Gürcüstanın müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti