Polşadan Leopard 2 dəstəyi: Koalisiya yaradacaq
![Polşadan Leopard 2 dəstəyi: Koalisiya yaradacaq
Polşadan Leopard 2 dəstəyi: Koalisiya yaradacaq](https://azvision.az/photos/2023/01/_127959213_gettyimages-1436646838-1-1674394949.jpg)
"Ukrayna və Avropa bu müharibədə qalib gələcək - Almaniya ilə və ya Almaniyasız... Polşa müharibə aparan Ukraynaya müasir texnikalarının, müasir tanklarının bir hissəsini bağışlamağa hazır olan ölkələrdən daha kiçik koalisiya yaradacaq", - siyasətçi PAP-a müsahibəsində bildirib.
O, hansı ölkələrin bu koalisiyaya qoşula biləcəyini dəqiqləşdirməyib. Baş nazir Leopardın Ukraynaya çatdırılması məsələsini “Polşa və Avropanın milli maraqları” adlandırıb.
“Leopard”ın Ukrayna Silahlı Qüvvələrinə göndərilməsinin Almaniya ilə razılaşdırılması zərurəti Almaniya Federativ Respublikasının silah istehsal edən ölkə kimi müstəsna hüququ ilə bağlıdır.
Yanvarın 20-də Almaniya Müdafiə Nazirliyinin rəhbəri tankların tədarükü ilə bağlı qərarın hələ qəbul edilmədiyini açıqlayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: