Pakistan işıqsız qaldı

Pakistan işıqsız qaldı
  23 Yanvar 2023    Oxunub:862
Bazar ertəsi Pakistanın milli enerji şəbəkəsində elektrik kəsilməsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

"İlkin məlumatlara görə, Milli Şəbəkənin sistem tezliyi bu səhər saat 7:34-də aşağı düşüb və nəticədə elektrik enerjisinin geniş kəsilməsi baş verib", - agentlik tvitter hesabında yazıb.

Qeyd olunur ki, İslamabad Elektrik Təchizatı Şirkətinin və Pişəvər Elektrik Təchizatı Şirkətinin bir neçə stansiyasında elektrik enerjisinin verilişi bərpa olunub və hakimiyyət orqanları elektrik şəbəkəsi stansiyalarının bərpası üçün işlər aparırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti