Roqozin yaralanmasından danışdı: "2 mərmi düz ayağımın yanına düşdü"
![Roqozin yaralanmasından danışdı: "2 mərmi düz ayağımın yanına düşdü" Roqozin yaralanmasından danışdı: "2 mərmi düz ayağımın yanına düşdü"](https://azvision.az/photos/2023/01/63a8b5b1670b963a8b5b1670ba167200094563a8b5b1670b763a8b5b1670b8-1674457217.jpg)
“Yüksək dəqiqlikli 155 mm-lik mərmilər düşdü. Onlardan beşi partlasa da, demək olar ki ayağımın yanına düşən iki mərmi xoşbəxtlikdən açıqlmadı”, - Roqozin deyib.
Xatırladaq ki, dekabrın 21-də “Çarskie volki” hərbi-texniki mərkəzinin məsləhətçilər qrupu və ona rəhbərlik edən Roqozinin qaldığı otelə mərmilər düşüb. Zərbələrin dəqiq idarə olunan silahlarla həyata keçirildiyi iddia olunur. Roqozin isə mərmilərdən birinin partlaması nəticəsində yaralanıb və beyni silkələnib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Mərmi