"Qərbin "tank koalisiyası" ciddi problemlərlə üzləşib" - Welt

   "Qərbin  "tank koalisiyası"  ciddi problemlərlə üzləşib" -    Welt
  23 Yanvar 2023    Oxunub:696
Qərb Rusiyaya qarşı “tank koalisiyası” yaratmaqla bağlı ciddi problemlərlə üzləşib. AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın "Welt" nəşri yazıb.
Məqalədə "IISS" İnstitutunun ekspertlərinin rəyinə istinad edilib. Mütəxəssislər qeyd edirlər ki, bu istiqamətdə “döyüş qrupları” yaratmaq çox vaxt aparacaq. Bundan başqa, yalnız bəzi dövlətlər Ukraynanı “Leopard 2” tankları ilə təmin etmək hüququna malikdirlər.

Ukraynaya göndərilməsi müzakirə edilən "Leopard 2" tankları: Üstünlükləri nədir?
Bildirilir ki, hazırda 13 Avropa ölkəsində iki minə yaxın belə texnika var. Lakin bu dövlətlərin özlərinin müdafiə üçün müasir tanklara ehtiyacı var.

Mütəxəssislər belə hesab edirlər ki, Kiyevə döyüşlərə müsbət təsir göstərməsi üçün ən azı yüz tank lazımdır.

"Lakin hazırda hətta yüz tankın tədarükü belə böyük problemə çevrilib”, - məqalədə yazılıb.

Qeyd edək ki, Kiyev Qərbdən Ukrayna ordusunu alman istehsalı "Leopard" tankları ilə təmin etməyi tələb edir. Lakin bu tanklara sahib dövlətlər Almaniyanın icazəsi olmadan tədarükə başlaya bilməzlər. Çünki Berlinin özü heç bu addımı atmağa qərar verməyib. Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski alman mətbuatına müsahibəsində Kiyevə onlarla tankın verilməsinin belə vəziyyəti kökündən dəyişməyə qadir olmadığını bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qərb   Tank   Rusiya  





Xəbər lenti