"Qarşıdakı həftələr Ukrayna münaqişəsi üçün həlledici olacaq" - Şarl Mişel

   "Qarşıdakı həftələr Ukrayna münaqişəsi üçün həlledici olacaq" -    Şarl Mişel
  23 Yanvar 2023    Oxunub:737
Qarşıdakı iki-üç həftə Ukrayna münaqişəsi üçün həlledici olacaq. AzVision.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.
Mişelin sözlərinə görə, Ukraynada hadisələrin sonrakı inkişafı məhz bu müddət ərzində müəyyənləşəcək.

“Növbəti həftələr həlledicidir. Təbii ki, münaqişə və sülh üçün əsas dönəm olacaq. 2023-cü ildə baş verəcək proseslər və çox şey qarşıdakı həftələrdən asılıdır. Onlar bizim gələcəyimizi müəyyən edəcək”, - "El Mundo" Mişeldən sitat gətirib.

Avropa Şurasının rəhbəri Ukraynaya dəstəyi davam etdirməyə və bütün lazımi yardımı göstərməyə çağırıb. O qeyd edib ki, Ukraynaya bu günlərdə daha çox gərəkən tankları vermək lazımdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti