Erməni spiker: "22 müxalif deputatın mandatı ləğv edilməyəcək"

     Erməni spiker:    "22 müxalif deputatın mandatı ləğv edilməyəcək"
  23 Yanvar 2023    Oxunub:887
Ermənistan parlamentinin Şurası "Hayastan" fraksiyasının 22 deputatının mandatından məhrum edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməmək barədə qərar qəbul edib.
AzVision.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində parlamentin spikeri Alen Simonyan Şuranın iclasının nəticələrini təqdim edərkən deyib.

“Müxalifət öz ötürmələri ilə icazə verilən sərhədi keçdi, lakin onların parlamentəqayıtması faktını nəzərə alaraq, biz heç bir addım atmamaq qərarına gəldik”, - deyə spiker bildirib.

Qeyd edək ki, parlamentin iclasında İşxan Saqatelyan, Andranik Tevanyan, Anna Qriqoryan, Armen Rustamyan, Seyran Ohanyan, Elinar Vardanyan, Artsvik Minasyan, Argişti Gevorqyan, Kristine Vardanyan, Qeqam Manukyan, Aqvan Vardanyan, Aqnessa Xamoyan, Aşot Simonyan, Armen Çarçyuyan, Armen Çarçyuqs , Artur Xaçatryan, Areqnaz Manukyan, Qeqam Nazaryan, Zemfira Mirzoyevanın mandatdan məhrumetmə məsələs müzakirə edilməli idi. Ötən il 6 aylıq iclasları boykot etdikdən sonra, noyabrda Ermənistan parlamentinin müxalif “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları Milli Məclisə qayıtmaq barədə qərarlarını açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti