Simonyan müdafiə nazirini müdafiə etdi: "Günahsızdır"

   Simonyan müdafiə nazirini müdafiə etdi:  "Günahsızdır"
  23 Yanvar 2023    Oxunub:979
Müdafiə nazirinin məlum kazarma faciəsi ilə heç bir əlaqəsi ola bilməz. Çünki o, bütün işləri öz funksiyaları çərçivəsində görüb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. O, yanğın nəticəsində 15 hərbçinin həlak olmasını şərh edərkən qeyd edib ki, “Nazir haqqında bu siyasi spekulyasiyaları boş və yersiz hesab edirəm".

O iddia edib ki, Papikyan islahatlar aparan kadrdır və müharibədən sonra öz üzərinə məsuliyyət də götürüb.

Simonyan jurnalistlərə deyib ki, bunun sayəsində kadr dəyişikliyindən tutmuş, tənzimləmə ilə bitən islahatlara qədər işlər aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti