Rusiya səfirləri Baltikyanı ölkələrdə olmayacaq
![Rusiya səfirləri Baltikyanı ölkələrdə olmayacaq Rusiya səfirləri Baltikyanı ölkələrdə olmayacaq](https://azvision.az/photos/2023/01/16744970855454349184_1200x630-1674498114.jpg)
Bundan əvvəl, yanvarın 23-də Estoniyanın Moskvadakı səfiri Marqus Laydre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya xarici siyasət idarəsi Estoniya hakimiyyətinin fəaliyyəti ilə bağlı qəti etirazını bildirib və səfirin fevralın 7-də ölkəni tərk etməsi tələbini irəli sürüb.
Litva isə hələ ötən ilin yazında Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. Rusiya səfirinə 2022-ci ilin aprelinədək Vilnüsu tərk etmək tapşırılıb.
AzVision.az
Teqlər: