ABŞ-da 67 yaşlı kişi 7 çinlini öldürdü

ABŞ-da 67 yaşlı kişi 7 çinlini öldürdü
  24 Yanvar 2023    Oxunub:341
ABŞ-da növbəti dəfə kütləvi ölümlə nəticələnən silahlı insident olub. AzVision.az xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Qeyd edilir ki, Kaliforniya ştatında baş verən qətliam zamanı 7 nəfər həyatını itirib.

"Half-Mun Bey şəhərində baş verən insidentdə 7 nəfər ölüb. Dörd nəfərin meyiti bir yerdə, üç nəfər isə digər, insidentə yaxın ərazidə tapılıb", - telekanalın məlumatında deyilir.

Polis dərhal şübhəli şəxsi saxlayıb. Məlum olub ki, qətliamı törədən şəxs 67 yaşlı çinli Zao Çan Lidir. Cinayətin qurbanları isə çinli kənd təsərrüfatı işçiləri olublar.

Tural Tağıyev
AzVision.az

Teqlər:







Xəbər lenti