Bunu Çinin Pekin Universitetinin alimləri Yi Yang və Xiaodong Songun araşdırmaları da təsdiqləyib. Yerin nüvəsi və mantiyası 70 il əvvəl harmoniya içində olduğu halda, indi nüvə yavaşlayıb və yavaş-yavaş əks istiqamətdə fırlanmağa başlayıb. Bütün bunların müxtəlif nəticələri olacaq. Birincisi, günlər qısalır. Dəniz səviyyəsinin və maqnit sahəsinin dəyişməsi planetin iqliminə təsir edəcək. Sahənin qravitasiya təsiri yerüstü ərazilərdə deformasiyalara səbəb olacaq.
![](https://azvision.az/photos/2023/01/1674556593.jpg)
Ekspertlər hesab edir ki, daxili nüvə Yer səthinə nisbətən "yelləncək" kimi irəli-geri fırlanır. Yelləncəyin bir dövrü təxminən 70 ildir və orta hesabla hər 35 ildən bir istiqamət dəyişir. Çin alimləri daxili nüvənin 1970-ci illərin əvvəllərində istiqamət dəyişdiyini və növbəti dəyişikliyin 2040-cı illərin ortalarında baş verəcəyini proqnozlaşdırdıqlarını qeyd ediblər.
![](https://azvision.az/photos/2023/01/1674556824.jpg)
"Euronews"da yer alan xəbərə görə, tədqiqatçılar Yerin daxili nüvəsindən səthə qədər bütün təbəqələri arasında fiziki əlaqələrin olduğuna inandıqlarını qeyd ediblər. Tədqiqatları haqqında məlumat verən alimlər, "Ümid edirik ki, işimiz bəzi tədqiqatçıları bütün Yer kürəsini inteqrasiya olunmuş dinamik sistem hesab edən modellər qurmağa və sınaqdan keçirməyə təşviq edəcək". Bəzi ekspertlər isə tapıntılara qarşı ehtiyatlı olduqlarını ifadə edərək, fərqli nəzəriyyələrə işarə edərək, Yerin mərkəzi ilə bağlı bir çox sirlərin davam etdiyi barədə xəbərdarlıq ediblər.
Kaliforniya Universitetinin seysmoloqu Con Vidale bildirib ki, araşdırma bir çox məlumatdan istifadə edən elm adamları tərəfindən çox diqqətli aparılıb. Lakin o hesab edir ki, modellərdən heç biri bütün məlumatları çox yaxşı izah edir
qiymətləndirməsini etmir.
Aytən Zəhra
AzVision.az