CNN: "Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapılıb"
![CNN: "Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapılıb" CNN: "Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapılıb"](https://azvision.az/photos/2023/01/244023908_0_0_0_0_1240x0_80_0_0_61d883a7a2e723b0ca2fb581be99432c-1674583113.jpg)
Sənədlərin məzmunu barədə məlumat verilməyib. Lakin onların ABŞ-ın Federal Araşdırmalar Bürosuna verildiyi deyilir. Hazırda materialların qiymətləndirilməsi və onların Pensin evinə necə gedib çıxması araşdırılır.
CNN-in məlumatına görə, vitse-prezident “heç bir məxfi sənədə malik olmadığını dəfələrlə bəyan edib”.
Kanal həmçinin onu da qeyd edib ki, keçmiş vitse-prezidentin nümayəndələri gizli sənədlərin aşkarlanması barədə qısa müddət ərzində ABŞ Konqresinə məlumat vermək niyyətindədirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: