Veydeldən xalqa xəbərdarlıq: "Tank versək, müharibədə tərəfə çevriləcəyik"

    Veydeldən xalqa xəbərdarlıq: "Tank versək, müharibədə tərəfə çevriləcəyik"
  24 Yanvar 2023    Oxunub:387
Almaniyanın "Leopard 2" tanklarından Ukraynada Rusiyaya qarşı istifadə edilərsə, bu, yeni eskalasiya mərhələsinə gətirib çıxaracaq.
AzVision.az xəbər verir ki, bunu "Almaniya üçün Alternativ" (AfD) sağçı müxalifət partiyasının həmsədri Alisa Veydel Almaniya telekanalının canlı efirində deyib.

Berlin Avropanın Rusiyaya qarşı müharibə apardığını etiraf etdi
Veydel qeyd edib ki, “Polşa hökumətinin alman döyüş tanklarının Ukraynaya təhvil verilməsinə icazə istəməsi bizim üçün böyük narahatlıq doğurur”.

O, kansler Şoltsdan Leopard tanklarının göndərilməsi məsələsində tərəddüdlü mövqeyini saxlamağı xahiş edib. Siyasətçi həmçinin XİN rəhbəri Berbokun “məsuliyyətsiz müzakirələrə” zəmin yaradan “Polşanın Kiyevi təchiz etməsinə mane olmamaq barədə məsuliyyətsiz bəyanatını” pisləyib.

Veydel həmkarlarına xüsusi olaraq xəbərdarlıq edib: "Almaniya ölkəmiz üçün gözlənilməz nəticələrə gətirib çıxaracaq bir müharibədə getdikcə daha çox tərəfə çevrilir".

O sual edib ki, görəsən, bundan sonra nə olacaq? Təyyarələr, döyüş helikopterləri, quru qoşunları da işə düşəcək? Siyasətçi bəyan edib ki, Şolts indi özünü sülh tərəfdarı kimi göstərməlidir.
Tural Tağıyev
AzVision.az

Teqlər:   Almaniya   Tank  







Xəbər lenti